Bank Of Baku

Azərbaycan Milli Məclisinin I vitse-spikeri doqquz ildir, eyni mobil telefondan istifadə edir

Azərbaycan Milli Məclisinin I vitse-spikeri doqquz ildir, eyni mobil telefondan istifadə edir
# 28 aprel 2009 13:35 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin 1-ci vitse-spikeri Ziyafət Əsgərov doqquz ildir, eyni mobil telefondan istifadə edir. APA-nın məlumatına görə, bu barədə Z. Əsgərov parlamentdə deputat Pənah Hüseynin Hesablama Palatasının fəaliyyəti ilə bağlı tənqidi çıxışına reaksiya verərkən bildirib. Z. Əsgərov mobil telefonunu nümayiş etdirərək, “Bu telefonu düz doqquz ildir işlədirəm, normal işləyirsə, nəyə görə dəyişməliyəm?”, - söyləyib.

O, əlindəki telefonun uzun müddətdən bəri onda olduğunu deputat Siyavuş Novruzovun da təsdiq edə biləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR