Bank Of Baku

AXCP-nin növbəti qurultayı may-iyun aylarında keçiriləcək

AXCP-nin növbəti qurultayı may-iyun aylarında keçiriləcək
# 29 aprel 2009 09:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayına hazırlıq məqsədi ilə rayon təşkilatlarının konfransları yekunlaşmaq üzrədir. Partiya sədrinin müavini Həsən Kərimov APA-ya açıqlamasında bildirib ki, hazırda cəmi 17 rayon təşkilatında konfrans keçirilməyib. O, yaxın bir ay ərzində konfransların yekunlaşacağını və may-iyun aylarında AXCP-nin növbəti qurultayının baş tutacağını qeyd edib. H. Kərimov qurultayın keçirilməsi üçün yer ayrılması məqsədi ilə aidiyyatı dövlət qurumlarına müraciət ediləcəyini vurğulayıb. Müvafiq yer ayrılmayacağı halda isə o digər variantların nəzərdən keçiriləcəyini bildirib.

Qeyd edək ki, partiya Nizamnaməsinə görə, AXCP-nin qurultayı 2008-ci ilin əvvəlində keçirilməli idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR