Bank Of Baku

QAT Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

QAT Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 29 aprel 2009 11:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) mayın 8-də “işğal olunmuş ərazilər günü”nün qeyd olunması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. QAT-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təşkilat müraciətində mayın 8-də Şuşanın işğalının 17-ci ildönümü ilə əlaqədar 20 saylı orta məktəbin qarşısındakı meydandan Şəhidlər Xiyabanına kimi dinc yürüşün keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Yürüşdə “Qarabağa azadlıq!”, “Ədalətsiz vasitəçilik missiyaları rədd edilsin!” və digər şüarlar səsləndiriləcək. Yürüşdə min nəfərin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR