Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat Demokratiya Uğrunda İttifaqı səmimi saymır

Qarabağ və Respublika Uğrunda Hərəkat Demokratiya Uğrunda İttifaqı səmimi saymır
# 29 aprel 2009 12:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyaların rəhbərlərinin toplantısı keçirilib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, görüşdə Ermənistanla Türkiyənin sərhədlərinin açılması barədə məlumatlar müzakirə edilib. Müxalifət partiyaları Türkiyə və Azərbaycan rəhbərliyinin bu barədə geniş müzakirə aparıb hər iki tərəfi razı salan qənaətə gəlməsi təklifi ilə çıxış ediblər.

İclasda Demokratiya Uğrunda İttifaqın müxalifətin ümumi mövqeyi barədə konfransın və Qarabağla bağlı forumun keçirilməsi təklifi müzakirə edilib və müraciətə mənfi cavab verilib: “DUİ-nin müraciəti aktual hesab olunmadı və mövqeləri səmimi qəbul edilmədi. İndiyə qədər minlərlə Qarabağ forumu keçirilib. İndi məsələlərin radikal bir səviyyəyə qalxması müqabilində belə forum onsuz da adekvat davranış olmazdı. İndi müxalifətin potensialı olsa, gərər Qarabağın qorunması ilə bağlı nəhəng aksiyalar keçirməli orada milyonlarla adam iştirak etməlidir. Digər məsələ isə Qarabağla bağlı iqtidarla müxalifətin vahid mövqeyinin olması üçün müzakirələrdir. Əgər bu iki şey yoxdursa, yerdə qalan məsələlər uğursuz cəhdlərdir”.

İclasda martın 18-də Azərbaycanda keçirilən referendumun nəticələri ilə bağlı müzakirə aparılıb və qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı hazırlığın sürətləndirilməsi qərara alınıb: “İyulun axırına kimi bələdiyyəyə irəli sürüləcək namizədlərin siyahısının dəqiqləşməsi qərara alınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR