Bank Of Baku

YAP sədrinin müavini Əli Əhəmdov Polşada görüşlər keçirib

YAP sədrinin müavini Əli Əhəmdov Polşada görüşlər keçirib
# 29 aprel 2009 14:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Polşada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini Əli Əhmədov Polşa Prezidenti dəftərxanasının beynəlxalq əlaqələr departamentinin rəisi, dövlət katibinin müavini Mariuş Handzlik, Polşa Seymində Polşa - Azərbaycan Parlament Qrupunun rəhbəri xanım Malqojata Sadurska ilə görüş keçirib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşlərdə Polşa – Azərbaycan dövlətlərarası münasibətləri müzakirə edilib, iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığı bildirilib. Hər iki görüşdə Polşa təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünün Polşa tərəfindən daimi dəstəkləndiyini vurğulayıblar.

Polşa-Azərbaycan Dostluq qrupunun rəhbəri M. Sadurska bildirib ki, rəhbərlik etdiyi qrupa Seymdə təmsil olan bütün partiyaların üzvləri daxildir. Fərqli siyasi mövqe tutmalarına baxmayaraq, o qrupa daxil olan 10 millət vəkilinin hamısının Azərbaycanla əlaqələrin daha da genişlənməsi məsələsində birgə mövqedən çıxış etdiklərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR