Bank Of Baku

BAXCP: “Gülüstan” sarayında Fətullah Gülənin təbliğatına həsr olunan tədbir keçirilib

BAXCP: “Gülüstan” sarayında Fətullah Gülənin təbliğatına həsr olunan tədbir keçirilib
# 30 aprel 2009 10:27 (UTC +04:00)
Bakı-APA. Bu gün "Gülüstan" sarayında keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə nurçular təriqətinin lideri Fətullah Gülənin təbliğatı aparılıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mətbuat və İnformasiya Xidmətinin məlumatına görə, tədbirə dəvət olunanlara Dialoq Avrasiya Platformasının Azərbaycan Milli Komitəsinin sədri, millət vəkili Nizami Cəfərovun imzası ilə göndərilən dəvətnamələrdə "təntənəli proqram"ın məhz Heydər Əliyevin xatirəsinə həsr olunduğu bildirilib. Ancaq tədbirə məhz Heydər Əliyevin xatirəsini anmaq üçün qatılan bir çox tanınmış şəxslər tamamilə fərqli mənzərənin şahidi olublar. Belə ki, "Heydər Əliyevin xatirəsinə həsr edilmiş Dialoq Avrasiya Platforması və "Dialoq Avrasiya" dərgisinin Azərbaycanda 10-cu ilinin tamam olması münasibətilə "İslam mədəniyyəti və müasir dünyada dialoq" adlı təntənəli proqram"a qatılan iştirakçılara nurçuluq təriqətinin başçısı Fətullah Gülənin təbliğatına həsr olunmuş jurnal təqdim olunub. "Dialoq Avrasiya" jurnalında Fətullah Gülənin dini baxışlarını təbliğ edən yazılar, fotoşəkillər və digər materiallar yer alıb. Tədbirin mahiyyəti barədə öncədən yanlış məlumatların verilməsi iştirakçıların etirazına səbəb olub. Bu səbəbdən, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev və millət vəkili Cavanşir Paşazadə tədbiri tərk ediblər.
BAXCP Mətbuat və İnformasiya Xidməti insanların yanlış məlumatlar əsasında, aldadılaraq bu və ya digər tədbirlərə dəvət olunmasını yolverilməz hesab edir və adıçəkilən "təntənəli proqram"ın təşkilatçılarına kəskin etirazını bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR