Bank Of Baku

Siyasi partiyalar Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə bağlı bəyanatla çıxış ediblər

Siyasi partiyalar Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə bağlı bəyanatla çıxış ediblər
# 01 may 2009 07:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dünən səhər saatlarında baş verən terror hadisəsi ilə bağlı Azərbaycanın siyasi partiyaları bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Aydınlar Partiyasının ayrı-ayrılıqda qəbul etdikləri bəyanatda partiya rəhbərləri hadisə nəticəsində həlak olanların yaxınlarına başsağlığı veriblər. Siyasi partiyalar müvafiq hakimiyyət qurumlarına müraciət edərək hadisə ilə əlaqədar həlak olanların xatirəsinin əziz tutulması üçün respublikada bir günlük matəm elan etməyə, ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə, habelə xalqa televiziya vasitəsi ilə mütəmadi və dəqiq məlumat verilməsini təmin etməyə çağırıb.

AMİP rəhbərliyi bu hadisənin təsadüf olmadığını, arxasında daha çirkin məqsədlər dayana biləcəyini güman edir. Buna görə də partiya əhalini sayıq olmağa, mənfur niyyətlərə qarşı mübarizədə səylərini artırmağa çağırıb.

Aydınlar Partiyası isə hesab edir ki, terror aktının sifarişçiləri Azərbaycanda sabitliyi pozmaq, ölkədə terror xofu yaratmaq məqsədi güdürlər. Buna görə də partiya hüquq-mühafizə orqanlarının ölkənin milli təhlükəsizliyini təmin etmək üçün bütün qüvvələrini səfərbər etməsini vacib sayıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı APA-ya açıqlamasında hadisə nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib: “Bu hadisə hər bir azərbaycanlını sarsıdıb. Ümidvarıq ki, hüquq mühafizə orqanları cinayətin motivlərini tam obyektiv araşdıracaq, faciəni törədənlər müəyyənləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR