Bank Of Baku

Milli Məclisin komitələrinin birgə toplantısı keçirilib

Milli Məclisin komitələrinin birgə toplantısı keçirilib
# 01 may 2009 13:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi və Sosial siyasət komitələrinin birgə iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda əvvəlcə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş cinayət hadisəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasın gündəliyi barədə danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin başçılığı ilə mütəxəssislərdən ibarət işçi qrup 6 ay ərzində Tikinti Məcəlləsinin layihəsini hazırlayıb: “Layihənin hazırlanmasında MDB və Avropa ölkələrinin, xüsusilə də Almaniyanın bu sahədə təcrübəsindən istifadə olunub. Layihədə tikinti fəaliyyəti sahəsində dövlət siyasəti və səlahiyyətlər, tikinti fəaliyyətinin əsas prinsipləri, iştirakçıları, onların hüquq və vəzifələri, tikinti işləri haqqında ictimaiyyətin məlumatlandırılması, tikinti fəaliyyətində peşəkarlıq və digər məsələlər öz əksini tapıb. Layihə 15 fəsil, 114 maddədən ibarətdir”.

Müzakirələrdən sonra layihə birinci oxunuşda Milli Məclisə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR