Bank Of Baku

ADP bələdiyyə seçkilərində iştirak edib-etməməyə mayın 9-da qərar verəcək

ADP bələdiyyə seçkilərində iştirak edib-etməməyə mayın 9-da qərar verəcək
# 04 may 2009 09:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) mayın 9-da Ali Məclisinin növbəti iclasını keçirəcək. Ali Məclisin sədri Vaqif Şirinovun APA-ya verdiyi məlumata görə, iclasda partiyanın növbəti bələdiyyə seçkilərində iştirakı, seçkiyə müxalifət partiyaları ilə birgə qatılmaq, müxalifətin seçki blokunun yaradılması, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə ediləcək. Toplantıda müxalifətin bələdiyyə seçkilərində birgə iştirakı barədə qərar qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ADP 6 müxalifət partiyasının birləşdiyi Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR