Bank Of Baku

YAP “Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu” mövzusunda konfrans keçirəcək

YAP “Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu” mövzusunda konfrans keçirəcək
# 04 may 2009 09:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) “Heydər Əliyev ideyaları XXI əsrdə: Azərbaycanın inkişaf yolu” mövzusunda konfrans keçirəcək. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransdan əvvəl iştirakçılar Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edəcəklər.

Mayın 7-də “Gülüstan” sarayında təşkil olunacaq tədbir çərçivəsində ilk olaraq plenar iclas keçiriləcək. Bundan sonra isə konfrans “Heydər Əliyev və müasir Azərbaycan tarixi”, “Heydər Əliyev – islahatçı”, “Böyük islahatların uğurlu davamı” mövzularında bölmə iclasları ilə davam etdiriləcək.

Konfransda millət vəkilləri, hökumət nümayəndələri və diplomatlar iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR