Bank Of Baku

BAXCP ictimaiyyətin Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı mütəmadi məlumatlandırılmasını istəyir

BAXCP ictimaiyyətin Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı mütəmadi məlumatlandırılmasını istəyir
# 04 may 2009 13:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı müvafiq dövlət qurumlarının ictimaiyyətə mütəmadi məlumat verməsini istəyir. Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, İdarə Heyətinin bu gün keçirilən iclasında qeyd edilib ki, hadisə haqda məlumatların vaxtında açıqlanmaması bir sıra yanlış bilgilərin yayılmasına şərait yaradıb. Hadisənin baş verməsindən 5 gün keçməsinə baxmayaraq, partiya bu vaxta qədər yalnız bir rəsmi açıqlamanın yayılmasını doğru saymır. BAXCP rəhbərliyi bildirib ki, müvafiq dövlət qurumları demokratik inkişaf yolu keçmiş ölkələrin təcrübəsindən yararlanaraq ictimaiyyəti hadisə barədə mütəmadi məlumatlandırmalı, bu olay ətrafında yayılan şayiələrin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR