Bank Of Baku

QAT: Qarabağa dair danışıqların intensivləşdirilməsi Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəlib

QAT: Qarabağa dair danışıqların intensivləşdirilməsi Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə yönəlib
# 04 may 2009 13:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qarabağ məsələsinə dair danışıqların intensivləşdirilməsi Azərbaycanın birtərəfli güzəştlərə, təslimçi sülhə məcbur edilməsinə yönəlib. Azərbaycan xarici işlər nazirinin təcili Vaşinqtona dəvət olunması da məhz bu məqsədə xidmət edir”. Bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) münaqişənin həlli ilə bağlı yaydığı bəyanatdandır. QAT-ın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda son vaxtlar ABŞ və Rusiyanın Azərbaycana təzyiqləri gücləndirərək özlərinə və Ermənistana sərf edən nəticəyə nail olmağa çalışdıqlarını bildirilir: “Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun geri qaytarılması müqabilində digər işğal olunmuş əraziləri Ermənistana pay etmək, Dağlıq Qarabağdakı saxta rejimə müvəqqəti beynəlxalq status vermək niyyəti var”. QAT hesab edir ki, bu addımın atılacağı halda beynəlxalq təminata nail olacaq ermənilərin Dağlıq Qarabağda yaratdıqları saxta rejimin dəyişdirilməsi heç bir halda mümkün olmayacaq və bu torpaqlar Azərbaycan üçün həmişəlik itiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR