Bank Of Baku

Müsavat Partiyası mayın 10-da mitinq keçirmək barədə qərar qəbul edib

Müsavat Partiyası mayın 10-da mitinq keçirmək barədə qərar qəbul edib
# 04 may 2009 15:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası mayın 10-da mitinq keçirmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) bu gün müraciət edilib. Aksiyanın keçirilməsi üçün Cəfər Cabbarlı heykəlinin qarşısındakı meydan, Füzuli meydanı və ya Heydər Əliyev Sarayının qarşısındakı pakın ayrılması xahiş edilib.

Aksiyada “Terrora yox!”, “Matəm tələb edirik!” və “Təhlükəsizliyimiz təmin olunsun!” şüarlarının səslənməsi nəzərdə tutulub. Mitinqdə 2 min nəfərin iştirakı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR