Bank Of Baku

AMİP Neft Akademiyasında həlak olanların xatirəsinin əbədiləşdirilməsini istəyir

AMİP Neft Akademiyasında həlak olanların xatirəsinin əbədiləşdirilməsini istəyir
# 04 may 2009 15:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) aprelin 30-da Dövlət Neft Akademiyasında həlak olanların xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AMİP katibliyinin iclasında ADNA-nın binası qarşısında həlak olan şəxslərin xatirə lövhəsinin qoyulması, həmin lövhədə onların adlarının əks edilməsi, Bakıdakı küçələrin birinə hadisə ilə əlaqəli adın verilməsi kimi təkliflər səslənib. AMİP gənclərin ayıq-sayıq olması, bu faciəni unutmaması üçün belə bir addımın atılmasını vacib sayıb. Məsələ ilə bağlı partiya ölkə rəhbərliyinə, aidiyyəti dövlət qurumlarına müraciət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR