Bank Of Baku

Müsavat Partiyası Neft Akademiyasında baş verən hadisə ilə əlaqədar respublikada matəm elan olunmasını tələb edir

Müsavat Partiyası Neft Akademiyasında baş verən hadisə ilə əlaqədar respublikada matəm elan olunmasını tələb edir
# 04 may 2009 15:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qətlə yetirilən şəxslərin “yeddi” mərasiminin respublikada matəm günü elan olunması tələbi ilə çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat Divanının bu gün keçirilən iclasında akademiyada baş verən terror aksiyası müzakirə edilib. Partiya rəhbərliyi hadisədən sonra tələbələrin və gənclərin irəli sürdüyü tələb və təklifləri haqlı sayıb, onlara tam dəstək verdiyini bildirib. İclasda bildirilib ki, “Əbu Bəkr” məscidində, “Bakıelektrikşəbəkə”də törədilmiş partlayışlar və general Rail Rzayevin qətli, bunun ardınca isə ADNA-dakı hadisə ölkənin təhlükəsizlik sistemində çatışmazlıqların olduğunu göstərir. Məsələ ilə bağlı partiyanın təşkilatçılığı ilə mütəxəssislərdən ibarət dəyirmi masanın keçirilməsi və hökumətə təkliflər verilməsi məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR