Bank Of Baku

Azərbaycan prezidenti Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
# 04 may 2009 17:06 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 4-də Bakının Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib, ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkı və rayon İcra Hakimiyyətinin yeni binası ilə tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, üçmərtəbəli Heydər Əliyev Mərkəzində multimedia və rəsm studiyaları, elektron kitabxana fəaliyyət göstərir. Bundan başqa, mərkəzin xüsusi internet səhifəsi yaradılıb. Dövlət başçısı mərkəzlə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.

Sonra prezident İ. Əliyev H. Əliyevin adını daşıyan yeni mədəniyyət və istirahət parkı, daha sonra isə Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR