Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyası mayın 10-da mitinq keçirmək niyyətində deyil”

Arif Hacılı: “Müsavat Partiyası mayın 10-da mitinq keçirmək niyyətində deyil”
# 05 may 2009 09:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası mayın 10-da mitinq keçirməyəcək. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, ötən gün partiyanın mətbuat xidmətinin yaydığı mayın 10-a təyin olunmuş mitinq əslində partiyanın deyil, ölkənin bir sıra gənclər təşkilatlarının və tələbələrin aksiyasıdır: “Sadəcə, həmin tələbələr aksiyanın təyin olunması və Bakı şəhər İcra Hakimiyyətinə müraciətlə bağlı xəbərin yayılmasın partiyanın mətbuat xidmətindən yardım istəyiblər. Amma məlumat hazırlanan zaman texniki yanlışlıq olaraq bu mətbuata partiyanın aksiyası kimi təqdim edilib”. A. Hacılı bildirib ki, tələbələrin təyin etdiyi mitinqdə Müsavat Partiyasının Gənclər təşkilatı iştirak etməsə də, müsavatçı gənclər fərd olaraq aksiyaya qatılırlar.

A. Hacılı partiyanın İTV-dən efir vaxtının alınması tələbi ilə aksiyaların davam etdirilməsinin nəzərdə tutulduğunu və yaxın vaxtlarda bu məsələnin rəhbərlikdə müzakirə ediləcəyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR