Bank Of Baku

“Təhsil haqqında” qanun layihəsi mayın 10-20-si arası Milli Məclisdə müzakirə olunacaq

“Təhsil haqqında” qanun layihəsi mayın 10-20-si arası Milli Məclisdə müzakirə olunacaq
# 05 may 2009 09:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Təhsil haqqında” qanun layihəsi mayın 10-20-si arası Milli Məclisdə müzakirə olunacaq. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Ş. Hacıyev mayın 10-dan sonra rəhbərlik etdiyi komitədə qanun layihəsini müzakirə edəcəklərini deyib.

Onun sözlərinə görə, qanun layihəsi ilə bağlı Təhsil, Səhiyyə, Ədliyyə və Maliyyə nazirlikləri tərəfindən təkliflər daxil olub. Hazırda həmin qurumların ekspertlərinin iştirakı ilə irəli sürülən təkliflərə baxılır: “Qanun yaz sessiyası ərzində sonuncu oxunuşda qəbul ediləcək. Burada ciddi bir problem yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR