Bank Of Baku

Bakı şəhər icra hakimiyyəti QAT-ın Şuşanın işğal günü ilə bağlı aksiya keçirməsinə icazə verməyib

Bakı şəhər icra hakimiyyəti QAT-ın Şuşanın işğal günü ilə bağlı aksiya keçirməsinə icazə verməyib
# 05 may 2009 12:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) Şuşanın işğal günü və “8 may - İşğal olunmuş ərazilər günü” ilə bağlı Şəhidlər Xiyabanına doğru yürüşün keçirilməsi haqda müraciətinə mənfi cavab verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxt meriyasından quruma göndərilən məktubda bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə uyğun olaraq 8 may 2009-cu il tarixdə saat 11:00-dan 12:00-dək planlaşdırılan marşrut üzrə yürüşün keçirilməsi qadağandır. İcra hakimiyyəti həmin gün yalnız Şəhidlər Xiyabanını ziyarət edilməsini məqsədəuyğun hesab edilib. QAT meriyanın bu cür cavabın anlaşılmaz olduğunu bildirib: “Buna baxmayaraq, QAT belə bir gündə qarşıdurmaya getməyəcək və Şəhidlər Xiyabanını ziyarət etməklə kifayətlənəcək. Eyni zamanda həmin gün bütün ictimai-siyasi qüvvələrin Şəhidlər Xiyabanının ziyarət etməsini zəruri hesab edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR