Bank Of Baku

“1 may – zəhmətkeşlərin, yoxsa kommunistlərin bayramı?” mövzusunda debat keçirilib

“1 may – zəhmətkeşlərin, yoxsa kommunistlərin bayramı?” mövzusunda debat keçirilib
# 05 may 2009 13:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “1 may – zəhmətkeşlərin, yoxsa kommunistlərin bayramı?” mövzusunda debat keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Xalq Partiyasının təmsilçisi Pənah Hüseyn, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc və “Yeni Nəsil” Kommunistlər Partiyasının sədri Niyazi Rəcəbovun iştirakı ilə keçirilən debatı İlhamiyyə Rzayeva aparıb. Debat 1 may günü ilə bağlı video çarxın nümayişi ilə başlayıb. Pənah Hüseyn deyib ki, 1 may zəhmətkeşlərin, fəhlələrin, kəndlilərin hüquqlarını, mənliklərini, arzularını ortaya qoymaq günüdür. Bunun qarşısı alınmaz bir proses olduğunu deyən Pənah Hüseyn bu günün dövlət bayramı kimi rəsmiləşdirilməsinin vacibliyini də qeyd edib. N. Rəcəbov 1 mayın zəhmətkeşlərin bayramı kimi qeyd olunmasının tarixçəsi haqda danışıb. Onun sözlərinə görə, bu gün müqavimət və mübarizə günüdür. Lakin SSRİ dövründə 1 may bayram kimi qeyd olunmağa başladı. Zahid Oruc isə deyib ki, 1 may anarxistlərin kapitalizmə qarşı başladıqları mübarizə təqvimidir. Onun fikrincə, 1 mayın keçirilməsi sinfi xarakter daşıyır. Fazil Mustafa bildirib ki, 1 may cəmiyyətdə ayrı-seçkilik yaradır. Bundan sonra debat sərbəst polemika ilə davam etdirilib. Polemika zamanı Zahid Orucun 1 may əleyhinə səsləndirdiyi fikirlər isə mübahisəyə səbəb olub. Pənah Hüseyn Fazil Mustafa Zahid Orucu yanlış fikir formalaşdırmaqda günahlandırıb: “Dünyanın 67 ölkəsinə 1 may rəsmi şəkildə qeyd edilir. Siz bu millətin düşmənisiniz. Mən əqidəcə müsavatçıyam və bərabərliyin tərəfdarıyam. Sizin kimilərin isə qalstukundan tutub çölə atmaq lazımdır”. Mübahisənin qarşısı aparıcının müdaxiləsindən sonra alınıb. Debat mövzu ətrafından fikir mübadiləsi ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR