Bank Of Baku

Müsavat Partiyasının başqanı İsa Qəmbər Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə təmsilçisi ilə görüşüb

Müsavat Partiyasının başqanı İsa Qəmbər Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə təmsilçisi ilə görüşüb
# 05 may 2009 14:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər Almaniyanın Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə təmsilçisi Matias Jobelius ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları, söz və mətbuat azadlığı, həmçinin fondun Cənubi Qafqazda fəaliyyət istiqamətləri müzakirə edilib. Fondun Azərbaycan üzrə koordinatoru Rəşad Hüseynli də görüşdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR