Zahid Oruc: “YAP-ın qapıları bir çoxlarının üzünə açıq olsaydı, hamımız bu təşkilatın üzvü ola bilərdik” - MÜSAHİBƏ
Bakı. Elbrus Seyfullayev-APA. Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Orucun APA-ya müsahibəsi
- Nə vaxtdan Ana Vətən Partiyasındasınız?
- Ötən əsrin 90-cı illərində aktiv tələbə kimi ictimai-siyasi həyatda iştirak edirdim. 1992-ci ildə bu fəaliyyəti Ana Vətən Partiyasında davam etdirə biləcəyimlə bağlı təklif oldu, qəbul etdim. Göründüyü kimi artıq 17 ildir bu partiyadayam.
- Bu partiyada özünüzü necə hiss edirsiniz?
- Daxili azadlığımız geniş, fikir və polemika mühiti demokratikdir. Kimsə öz mövqeyinə görə basqılar altında yaşamır. Bundan başqa, partiyada insanın siyasi boyunun görünməsi üçün baryerlər yaradılmayıb. Bunlar məni partiyada saxlayan əsas amillər olub. Həmişə Ana Vətən Partiyasının siyasi fəhləliyini edənlərdən biri olmuşam. Əvvəl partiyada mətbuat xidmətinin rəhbəri idim.
- Ana Vətən Partiyası yaranandan Fəzail Ağamalı ona rəhbərlik edir. Onun yaxın gələcəkdə də postundan gedəcəyi inandırıcı görünmür. Belə olan halda nə qədər bu partiyada qalmaq fikrindəsiniz?
- Qalibi əvəz etmirlər. Baxmayaraq ki, mən həmişə müxalifət simalarının rəhbərlik etdiyi partiyalarda əvəz olunmalarını zəruri hesab edirəm. Maraqlıdır ki, nəyə görə bunu öz partiyamıza aid etmirəm? Ən azı seçkilər dövründə bizim partiyanın rəhbəri müəyyən bir kəsimin etimadını qazanaraq öz missiyasında davamlı olmaq haqqını əldə edib. Bu haqqı bir kimsənin almaması gərəkdir. Apardığım mübarizəni “bir nəfər özü də böyük ordudur” prinsipi ilə həyata keçirməkdəyəm. Mənim üçün partiyadaxili həyata yönəlik xüsusi iddialar yoxdur. Amma ümumi siyasi cəmiyyət profilində düşüncələrim, perspektiv planlarım və hədəflərim var.
- Birdən Fəzail Ağamalı dedi ki, artıq yorulmuşam, gəl, məni əvəz et! Yenə də imtina edəcəksiniz?
- Partiya quruculuğuna dair baxışlar sistemim həmişə fərqli olub. Dəfələrlə fikirlərimi partiyadaxili mühitdə söyləmişəm. Mənim üçün güclü kadr korpusuna malik partiya obrazı ilə kütləvi xalq partiyası obrazı həmişə fərqli olub. Azərbaycanda hamı respublika miqyaslı, bütün təbəqələrin mənafeyini ifadə edən qüvvəyə çevrilmək istəyir. Mənim üçün Qərb partiya modeli daha yaxındır. Əvəzlənmək məsələsinə gəlincə, kiminsə yorulub-yorulmayacağı və gələcək həyatını necə müəyyənləşdirəcəyi onun öz işidir. Mənim gələcəyə yönəlik hədəflərim var. Bu, partiyanın formatında deyil. Partiyadan kənar düşüncələrə malikəm. Partiya sədri böyük zəhmət tələb edən ünvandır və siyasi təşkilat quruculuğu işi reallıqda çox mürəkkəbdir.
- Belə başa düşdüm ki, yaxın gələcəkdə siyasətdən getməyə hazırlaşırsınız?
- Yox, mən siyasətdən getməyi düşünmürəm. Sadəcə olaraq, bu partiya profilində xüsusi iddialarla çıxış etmək, nəyisə özünə hədəf etmək niyyətim yoxdur. Bu partiyanı quran və yaradan bir adam kimi ona rəhbərlik etmək Fəzail Ağamalının haqqıdır. Lakin tanıdığım prinsiplər var. Çiyin yoldaşı olduğum insanlarla həmin öhdəliklərin hər zaman qüvvədə olmasını istəmişəm. Bu öhdəliklər pozulduğu təqdirdə, sərt reaksiyalarım olur.
- Özünüzü kimin kadrı hesab edirsiniz?
- Mənim içimdə Heydər Əliyev obrazı həmişə müqəddəs və ideal olub. Siyasətçinin həyatında qarşısındakı insanı heyrətləndirə bilmək çox önəmlidir. Heydər Əliyev məni həmişə heyrətləndirib. Onun real obrazı siyasi partiya rəhbərləri üçün də, sıravi üzvlər üçün də çox vacibdir. Milyonların siyasi məfkurəsində özünə yer edən Heydər Əliyev kimi nəhəng şəxsiyyət bu böyük siyasi gücü həm də özünə qarşı qəddarlıqla əldə etdiyini söyləmişdi. Bu baxımdan daxili sistemimi qurarkən və yaşamaq düsturunu formalaşdırarkən özümə qarşı çox sərtəm. Birdə ki, mən yuxarı coğrafiyadan gəlmişəm. Yüksək ideallarla yaşamağı və belə işləri reallaşdırmağı həyat əqidəm hesab edirəm.
- AVP-nin mövqeyi, tutduğu siyasi xətt Yeni Azərbaycan Partiyası (YAP) ilə üst-üstə düşür. Bəs nəyə görə AVP birdəfəlik hakim partiya ilə birləşmir?
- Eyni siyasi platformanı bölüşən partiyaların inteqrasiyasını çox istəyirəm. Onlar arasında normal konsolidasiya çox faydalı olardı. Bu, Azərbaycan cəmiyyəti üçün fərdi ambisiyalardan xilas olmaq baxımından önəmlidir. Məsələnin başqa tərəfi də var. Güclü hakim partiyanın ön cərgələri tutulub. Digər tərəfdən də kimsə düşünür ki, daşıdığı ideyaları, sitayiş etdiyi qüvvənin platformasına xidmətini başqa bir partiyanın adı altında da həyata keçirmək olar. Yeni Azərbaycan Partiyasını güclü edən onun lider amilidir. İlham Əliyev istənilən başqa partiyanın sədri olsaydı, bütün kütləvilik onun tərəfində olacaqdı. Onu da etiraf edirəm ki, Yeni Azərbaycan Partiyasının qapıları bir çoxlarının üzünə geniş şəkildə açıq olsaydı, burada hər kəsin gələcək həyatını tam realizə edə biləcək şərtlərlə hamımız bu təşkilatın üzvü ola bilərdik. Bunu açıq deyirəm.
- Dediyiniz şərtlərlə dəvət etsələr, YAP-a keçərsiniz?
- İrəli sürdüyüm təkliflər fərdi siyasi gələcək axtarışı üçün deyil. Söhbət siyasi sistemin güclü partiyalardan təşkil olunmasından gedir. Digər tərəfdən isə, İlham Əliyev siyasətinə xidmət üçün partiyalı - AVP-çi və ya YAP-çı olmaq önəm daşımır. Əsas məsələ öz missiyanı unutmamaqdır.
- Cəmiyyətdə mövcud olan siyasi imicinizdən razısınız?
- Bu sualı gözləyirdim. Zaman-zaman layiq olmadığım xeyli qınaqları və hədələri öz üzərimdə yaşamışam. Ancaq paralel şəkildə çox ciddi simpatiyaların, arzuların ünvanı olduğumu da açıq söyləyirəm. Mən öz ictimai missiyamı çox dəqiq bilirəm. Ümumiyyətlə, prinsiplərlə yaşayan insanam. Hər hansı başqa bir həyat şəraitində o hədəflərdən daşınan insan deyiləm. Mənə düşmən kimi yanaşan insanların bir çoxu indi dostluq təklifindədirlər. Digər tərəfdən də gənc, əyləşəndə kreslonu tam doldurmayan, zahirən çox da cazibəli olmayan bir insanın ictimaiyyətdə qəbul olunması təbii ki, çətinliklərdən keçəcəkdi. Ədalətli qiymət vermək hissinə hamımızın ehtiyacı var. Yalnız bu vasitə ilə biz müsbət ənənələri və şəxsi nümunələri yaya bilərik. Siyasi həyatımızda qarşılıqlı tanımazlıq və bəyənməzlik ruhu bizə çox mane olur. Mövqeyini qəbul etməsəm də istedadlı insanlara hörmətim var. Bu baxımdan üzərimə yüksək standartlar qoyuram və deyim ki, mənəvi aclığı fiziki aclıqdan çox keçirirəm. Həm də etiraf edim ki, malik olduğum dünyaya heç kəsi buraxmıram. Daşıdığım baxışlar sistemi taleyimi müəyyənləşdirib. Bundan başqasını yaşaya bilməzdim. Gördüyüm işlərə rəğmən deyə bilərəm ki, qurucu insanam.
- Milli Məclisdə müxalifət deputatlarından kimsə kəskin çıxış edəndə, hər kəs sizin hakim partiyanın təmsilçilərindən daha tez onlara cavab verəcəyinizi gözləyir...
- Bu normal haldır. Ancaq bunu hansısa komandalı təlimdən irəli gələn hal kimi və ya vəzifə borcu saydığımdan etmirəm. Başqası bunu uğurla həyata keçirsə, mən çıxış etmərəm. Mənim ictimai obrazım real daxili vəziyyətimi və gücümü bütöv ifadə etmir. Açığını deyim ki, mübarizə adamıyam. Qol gücü ilə mübarizə aparmaq mənim üçün önəmli deyil, çox arzu edərdim ki, mübarizə intellektual aparılsın.
- Ancaq partiyanızın sədri hərdən öz mübarizəsində qol gücü faktına da yer verir...
- Azərbaycanda ciddi siyasi etiraflar dövrü yaşanan zaman gələcək. O vaxt qarşılıqlı tanımazlıq və aqressivlik ortadan götürüləcək. Siyasi mübarizədə normal tanıma şərtləri altında gözəl bir mədəniyyət müstəvisi formalaşdırmaq olar. Orada insanı fiziki cəhətdən ortadan götürmək iddiası olmaz. Qaldı ki, vaxtı ilə Fəzail Ağamalının Milli Məclisdəki davasına, o hadisənin başqa alternativi yox idi.
- Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Məxfi informasiyalara çıxış imkanlarımız çox deyil. Bu sarıdan üzvü olduğumuz komitənin fəaliyyətini daha geniş əsaslar üzərində qurmasını arzu edirəm.
- Azərbaycanın hərbi doktrinası nə vaxt qəbul ediləcək?
- Bu məsələ ilə bağlı gözləmə mövqeyinin tutulması bəzi arqumentlərlə izah edilir. Belə deyilir ki, bir sıra məsələlərdə açıqlamalar Azərbaycanın gerçək maraqlarını zədələyə bilər. Mənə elə gəlir ki, hərbi doktrina bu il qəbul olunacaq.
- Hərbi biliklərinizi necə qiymətləndirirsiniz?
- Peşəkar hərbçidən aşağı, heç vaxt hərbiçi olmayandan yuxarı.
- Demək istəyirəm ki, təhlükəsizlik və müdafiə komitəsinin üzvü olmağınıza baxmayaraq, hərbi xidmətdə olmayıbsınız...
- Ali təhsilimi davam etdirməyim, həmin dövrdə beş illik hərbi fakültəni əla qiymətlərlə başa vurmağım, sonra iki hərbi toplanış, aspirantura və bunun ardınca gənc yaşımda Milli Məclisdə təmsil olunmağım belə bir tərcümeyi-halı mənə nəsib etdi. Təhlükəsizlik sferası müəyyən təcrübə tələb etməklə yanaşı, geosiyasət, geostrategiya, konspirologiya, mühüm doktrinalar və sair kimi xüsusi biliklər də tələb edir ki, buna da gündəlik yorulmaz zəhmət əsasında nail olmağa çalışıram. Ehtiyatda olan zabit kimi deyə bilərəm ki, bu mövzuda üstümə gələ biləcək bütün insanlara cavab verə bilərəm, o cümlədən xidmətdə olanlara da. Digər tərəfdən də, hər kəsin üzərinə çeçen düşüncəsi ilə getmək olmaz. Hər kəsdən silahlı, peşəkar hərbçi olmağı tələb etmək yanlış düşüncədir. Bu düşüncə çeçen xalqını genosidə uğradıb məhv elədi. Belə bir düşüncəni Azərbaycana şamil etmək olmaz. Mənim üçün cəbhə qorxulu məkan deyil. İstənilən vaxt səngərə girə bilərəm.
- Milli Məclisin fəaliyyəti necə qiymətləndirirsiniz?
- Mənə elə gəlir ki, Milli Məclis ən böyük faydalı iş əmsalını və bütün hamının ən yüksək gözləntilərini tam reallaşdırmır.
- Niyə?
- Milli Məclis cəmiyyətin ümumi obrazıdır. Burada müxtəlif sahələri təmsil edən insanlar var. Məncə, bütün sahələri təmsil edən insanların harmoniyasında ortaya qoyula biləcək iş bundan ibarət olmalıdır. Fikirləşirəm ki, ən faydalı iş parlamentin ən azı 50 faizinin siyasilərdən ibarət olacağı halda baş verə bilər. 2010-cu və 2015-ci ilin parlamentlərini bu mənada fərqli tərkibdə görürəm.
- Tez-tez deputatların dilindən insanların xeyir-şər mərasimlərində israfçılığa yol verməsi, adət ənənələri qorumaması ilə bağlı tənqidlərinə rast gəlirik. Millət vəkillərin xeyir-şərində uzun zamandan bəri iştirak edən şəxs kimi nə deyə bilərsiniz, onlar özləri dediklərinə əməl edirlərmi?
- Heç kim ədalətli, demokrat olmağı, islahatlar aparmağı özündən başlamaq istəmir. Deputatların təşkil etdiyi toylar başqa insanların təşkil etdiyi məclislərdən bu mənada fərqlənmir. Çox mənəm-mənəm deyən mədəniyyət komitəsinin üzvlərini görmüşəm ki, heç olmasa, onlar xeyir işlərində başqalarına nümunə ola biləcək addımlar atmalı idilər. Onlar isə bunu bacarmadılar. Mən belə etməzdim və bunu gələcəkdə keçirəcəyim məclislərində sübut edəcəyəm. Bizim toylarımız və yas mərasimlərimiz cəmiyyətin ayağında buxovdur. Vaxtı ilə I Pyotr ictimai davranış qaydalarını qanuniləşdirmişdi. Napoleon özü də belə metodlara əl atıb. Təkrarlanan münasibətlər qanunun predmetidir. Bizim indiki cəmiyyətdə Pyotr və Napoleon dövründə ictimai davranış normalarını müəyyənləşdirən qanunlarına ehtiyac var. Bu gün ictimai yerlərdə ən müxtəlif dildə danışmaq və digər hərəkətlərlə özünü göstərmə meylləri var. Heç olmasa rəsmi binalarda öz dilimizdə danışmaq qanuni norma kimi qoyula bilər.

Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb