Bank Of Baku

Aslan İsmayılov: “Azərbaycanlıların Gürcüstanda üzləşdiyi problemlər gələcək təhlükələrdən xəbər verir”

Aslan İsmayılov: “Azərbaycanlıların Gürcüstanda üzləşdiyi problemlər gələcək təhlükələrdən xəbər verir”
# 06 may 2009 10:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdikləri problemlər onların öz dədə-baba torpaqlarından didərgin salınması üçün yaradılır. Azərbaycan dövləti Gürcüstan azərbaycanlılarının problemlərinə diqqət ayırmasa, hazırda bu ölkədə qalmış azərbaycanlılar da didərgin düşəcək”. APA-nın məlumatına görə, bu sözləri vəkil Aslan İsmayılov keçirdiyi mətbuat konfransında deyib. O, Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinin hamısının adının gürcüləşdirildiyini xatırladıb: “Hazırda Borçalıda bir dənə də Azərbaycan dilində adı olan kənd qalmayıb. İctimai və seçkili orqanlarda milli azlıqların iştirakı sıfır dərəcəsindədir. Gürcüstan parlamentində təmsil olunan 3 azərbaycanlı deputat isə bir dəfə də olsun azərbaycanlıların problemləri ilə bağlı məsələ qaldırmayıb”.

A. İsmayılovun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti bu ölkədə yaşayan ermənilərin vəziyyətindən qat-qat ağırdır: “Azərbaycanlıların Gürcüstanda üzləşdiyi problemlər gələcək təhlükələrdən xəbər verir. İctimaiyyət və dövlət qurumları Gürcüstan azərbaycanlılarının problemlərinə biganə qalmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR