Bank Of Baku

Səməd Seyidov: “Azərbaycanla bağlı məsələ Monitorinq Komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək”

Səməd Seyidov: “Azərbaycanla bağlı məsələ Monitorinq Komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək”
# 06 may 2009 11:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Avropa Şurası Parlament Assambleyasının yas sessiyasında Azərbaycanla bağlı ayrıca müzakirələr aparılmadı. Sadəcə, ölkədə referendumun necə keçirilməsi məsələsinə toxunuldu və çıxış edənlərin hamısı referendumun Avropa Şurasının tələbləri və prinsiplərinə uyğun keçirildiyini söylədilər. Referendumla bağlı bəzilərini gözlədiyi kimi, gərgin müzakirələr olmadı”. Bu sözləri APA-nın sualına cavabında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O, bildirib ki, Avropa Şurasında yeni baş katibin seçilməsi və Moldovadakı vəziyyətlə bağlı gərgin müzakirələr aparılıb: “Ona görə də Azərbaycanın məsələsinin müzakirəsinə vaxt çatmadı. Həmməruzəçilər Herkel və Jivkovanın Azərbaycanla bağlı hazırladıqları hesabatın müzakirəsi Monitorinq Komitəsinin növbəti iclasına saxlanıldı”.

S. Seyidov siyasi məhbuslar üzrə yeni təyin olunmuş məruzəçi Kristian Ştrosserlə görüşmədiklərini söyləyib: “Azərbaycan nümayəndə heyəti sessiyada Avropadakı məhbuslarla bağlı sənəd yaydı. Hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. Biz hesab edirik ki, məruzəçinin yalnız Azərbaycana təhkim edilməsi doğru deyil və obyektiv meyarlara ziddir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR