Bank Of Baku

Azərbaycan Sosial Rifah Partiyasının təşəbbüsü ilə “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda konfrans keçirilib

Azərbaycan Sosial Rifah Partiyasının təşəbbüsü ilə “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda konfrans keçirilib
# 06 may 2009 12:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 86-cı il dönümünə həsr olunan “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, siyasi partiya təmsilçiləri, QHT nümayəndələri, ali məktəb müəllimləri və digər şəxslər iştirak edib.

Konfransda, eyni zamanda Heydər Əliyev Fondunun yaranmasının 5 illiyi və indiyə kimi olan fəaliyyəti konfrans iştirakçılarının diqqət mərkəzində olub.

Tədbirdə ASRP-nin sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı çıxış edərək bildirib ki, Heydər Əliyev istər SSRİ dövründə, istərsə də 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, həm də Azərbaycan xalqının milli intibah və inkişafının ideya təməli ola biləcək konsepsiyanın – azərbaycançılığın banisi olub.
Onun sözlərinə görə, H. Əliyevin milli şüurun oyanmasına xidmət edən ideyaları bu gün də yaşamaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR