Bank Of Baku

ACP Ali Məclisinin sədri: “Zəminə Dünyamalıyevanın partiyanın buraxılması təklifini keç kim dəstəkləmir”

ACP Ali Məclisinin sədri: “Zəminə Dünyamalıyevanın partiyanın buraxılması təklifini keç kim dəstəkləmir”
# 16 iyun 2009 10:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyasının (ACP) rəhbərliyinin yaxın vaxtlarda keçiriləcək toplantısında partiya liderinin müşaviri Zəminə Dünyamalıyevanın ACP-nin fəaliyyətinin dayandırılması ilə bağlı təklifi müzakirəyə çıxarılmayacaq. Bu barədə APA-ya açıqlamasında ACP Ali Məclisinin sədri Vaqif Mahmudov deyib. Onun sözlərinə görə, bu gün ölkədəki bütün siyasi partiyalar hansı səviyyədə fəaldırlarsa, ACP də həmin səviyyədədir: “Partiyanın fəaliyyətində müəyyən neqativ hallar olsa da, bu, bütün partiyalarda mövcuddur. Bu gün digər partiyaların ACP-dən fərqli hansı aktivliyi var? Digər tərəfdən, ölkədə elə bir ciddi ictimai-siyasi hadisə də baş verməyib ki, bizim partiya burada qeyri-fəal iştirak etsin. Ona görə də partiyanın buraxılması ciddi söhbət deyil”. V. Mahmudov onu da qeyd edib ki, partiya rəhbərliyində Z. Dünyamalıyevanın təklifini dəstəkləyəcək ikinci şəxsin olacağına inanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR