Bank Of Baku

Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondu türk-erməni münasibətlərinin xronologiyası ilə bağlı kitabça hazırlayır

Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondu türk-erməni münasibətlərinin xronologiyası ilə bağlı kitabça hazırlayır
# 16 iyun 2009 10:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondu (ATAF) türk-erməni əlaqələrinin xronologiyası ilə bağlı məlumat kitabçası hazırlayır. Bu barədə APA-ya ATAF-ın sədri Əhməd Erentok məlumat verib. Ə. Erentok bildirib ki, ingilis, fransız, rus və erməni dillərində nəşr olunacaq kitabça tarixdən bu yana türk-erməni münasibətlərini əks etdirəcək: “Bu gün biz türk-erməni münasibətlərini lazımi səviyyədə bilmirik. Bəzi problemlər də məhz bundan qaynaqlanır. Bu kitablar hər bir insanın başa düşəcəyi dildə yazılacaq”.
ATAF rəhbəri kitabçanın xarici ölkələrin parlamentarları, hökumət rəsmiləri və ictimai təşkilatların nümayəndələri, habelə ermənilər arasında yayılacağını vurğulayıb. O qeyd edib ki, hazırda nə Türkiyə, nə də Azərbaycanın tarix kitablarında türk-erməni əlaqələri ilə bağlı ayrıca fəsil yoxdur. ATAF bu sahədə də fəaliyyətini davam etdirmək niyyətindədir. Qurum yaxın perspektivdə Avropa Birliyi, ABŞ və Rusiyada lobbi fəaliyyətini gücləndirməyi də planlaşdırır. Artıq ABŞ-da Türkiyə və Azərbaycan diasporunun fəaliyyəti nəticəsində bəzi amerikalılar ermənilərə ianə verməkdən imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR