Bank Of Baku

YAP-da Polşa Seyminin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib

YAP-da Polşa Seyminin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib
# 16 iyun 2009 12:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Polşa Seyminin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Polşa nümayəndə heyətinin rəhbəri Vieslav Voda həm Azərbaycanın, həm də Polşanın ən yeni tarixində oxşar məqamların olduğunu vurğulayaraq tezliklə prezident Lex Kaçinskinin Azərbaycana səfər edəcəyini bildirib. Ə. Əhmədov isə Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş iqtisadi uğurlardan, regionda həyata keçirilən iri miqyaslı enerji və nəqliyyat layihələrindən danışıb. Dağlıq Qarabağ probleminin tarixi barədə qonaqlara məlumat verən Ə. Əhmədov, münaqişənin dinc yolla nizama salınması üçün rəsmi Bakının daim konstruktiv mövqe tutduğunu onların nəzərinə çatdırıb. “Polşa Dağlıq Qarabağ münaqişəsində birmənalı olaraq Azərbaycanın yanındadır” deyən V. Voda, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.

Görüşə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov və Milli Məclisin deputatı Eldar Quliyev də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR