Bank Of Baku

QAT: Azərbaycan referendum və sülhməramlı qüvvələrin regiona gətirilməsi ilə bağlı məsələlərin müzakirəsindən imtina etməlidir

QAT: Azərbaycan referendum və sülhməramlı qüvvələrin regiona gətirilməsi ilə bağlı məsələlərin müzakirəsindən imtina etməlidir
# 16 iyun 2009 13:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin toplantısı keçirilib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, prezidentlərin Praqa və Sankt-Peterburq görüşlərinin nəticələri, Qarabağ icması və xalq diplomatiyasının yenidən canlandırılması cəhdlərinə münasibət, ordudakı bəzi neqativ hallar və digər məsələlər müzakirə olunub. Yığıncaqda qəbul olunan bəyanatda bildirilir ki, son günlər bəzi ziyalıların və Azərbaycanın Rusiyadakı səfirinin işğal olunmuş ərazilərə yenidən səfər etməsinin gündəmə gəlməsi ciddi narahatlıq doğurur: “QAT Ali Məclisi hesab edir ki, bu şəxslər öz təşəbbüslərindən geri çəkilməli, özlərini və ailələrinin adını rüsvay etməməlidirlər. Əks halda, ciddi ictimai qınağa tuş gələcəklər”.

QAT-ın hesab edir ki, Azərbaycan hökuməti ABŞ və Rusiyanın təzyiqlərini rədd etməli, işğal olunan ərazilərin bütövlükdə və qeyd-şərtsiz azad edilməsi prinsipinin müzakirəyə çıxarılmasına nail olmalı, referendum və sülhməramlı qüvvələrin regiona gətirilməsi ilə bağlı məsələlərin müzakirəsindən imtina etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR