Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkilərində namizədliyi irəli sürüləcək şəxslərin vahid siyahısını hazırlayır

Qarabağ və Respublika Uğrunda Hərəkat bələdiyyə seçkilərində namizədliyi irəli sürüləcək şəxslərin vahid siyahısını hazırlayır
# 17 iyun 2009 10:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan siyasi partiyalar bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində namizədliyi irəli sürüləcək şəxslərin siyahısını hazırlayır. Bu barədə APA-ya hərəkata daxil olan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, 6 partiya arasında aparılan müzakirələrdən sonra ayrı-ayrılıqda namizədlərin siyahısının hazırlanması qərara alınıb: “Hazırda bu iş hərəkat daxilindəki partiyaların yerli təşkilatları tərəfindən aparılır. Sonrakı mərhələdə bu namizədlər hərəkat rəhbərləri tərəfindən razılaşdırılacaq və vahid namizədlər siyahısı hazırlanacaq”. A. Hacılı bildirib ki, seçkilərdə iştirak forması və digər texniki məsələlər seçkiyə start verilənə kimi dəqiqləşdiriləcək.

Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkata Müsavat, Xalq Cəbhəsi, Ümid, Liberal, Vətəndaş və İnkişaf, Demokrat partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR