Bank Of Baku

Azərbaycan Milli Məclisinin iyunun 19-da keçiriləcək iclasının gündəliyinə 13 məsələ daxil edilib

Azərbaycan Milli Məclisinin iyunun 19-da keçiriləcək iclasının gündəliyinə 13 məsələ daxil edilib
# 17 iyun 2009 12:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin növbədənkənar sessiyasının iyunun 19-da keçiriləcək iclasının gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, iclasda ilk olaraq “İnsan haqları üzrə Müvəkkil haqqında” Konstitusiya qanununa əlavələr edilməsi ilə bağlı məsələ ikinci səsverməyə çıxarılacaq. Gündəliyin ikinci məsələsi “Təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi ilə bağlıdır. Bundan başqa, iclasda “Büdcə sistemi haqqında”, “Milli bank haqqında” qanunlara, o cümlədən Vergilər Məcəlləsinə əlavə və dəyişiklər müzakirəyə çıxarılacaq.

Deputatlar, həmçinin, Füzuli və Hacıqabul rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşdirilməsi, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi, “Bədən tərbiyəsi və idman haqqında”, “Fərdi məlumatlar haqqında” qanun layihələri, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi və “Bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi ilə bağlı sənədlərə də münasibət bildirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR