Bank Of Baku

AXCP Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb

AXCP Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb
# 17 iyun 2009 15:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb. Partiyanın sədri Əli Kərimli APA-ya açıqlamasında bildirib ki, qanun layihəsi yaxın günlərdə həm parlamentə, həm də beynəlxalq təşkilatlara təqdim olunacaq. Ə. Kərimli bələdiyyə seçkilərinə kimi qanuna bir sıra zəruri dəyişikliklərin edilməsinin vacib olduğunu qeyd edib: “Hazırladığımız layihədə Bakı bələdiyyəsinin yaradılması, bələdiyyələrin statusunun artırılması, bələdiyyələrin fəaliyyətinin maddi bazasının təmin edilməsi ilə bağlı təkliflər var. Hesab edirik ki, bu dəyişikliklərin edilməsi çox vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR