Bank Of Baku

Dağlıq Qarabağ azərbaycanlılarının hüquqlarının qorunması ilə bağlı beynəlxalq məhkəməyə müraciət oluna bilər

Dağlıq Qarabağ azərbaycanlılarının hüquqlarının qorunması ilə bağlı beynəlxalq məhkəməyə müraciət oluna bilər
# 18 iyun 2009 16:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayından sonra iş bölgüsü hələ tamamlanmayıb. İcmanın hər bir İdarə Heyəti üzvünün təkliflərini gözləyirik”. APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. B. Səfərov bildirib ki, icmanın möhkəmləndirilməsi və fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində lazımi işlər görüləcək: “Dağlıq Qarabağ azərbaycanlılarının hüquqlarının bərpası və Vətənə qayıtması ilə bağlı lazımi addımlar atılacaq”.

Dağlıq Qarabağ azərbaycanlılarının hüquqlarının qorunması ilə bağlı beynəlxalq məhkəməyə hələ müraciət olunmasa da, B. Səfərov bildirib ki, yaxın gələcəkdə belə müraciətlər edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR