Bank Of Baku

Yaşar Əliyev: “Qeyri-hökumət təşkilatlarının Milli Məclisin binası qarşısında keçirmək istədiyi etiraz aksiyası baş tutmayacaq”

Yaşar Əliyev: “Qeyri-hökumət təşkilatlarının Milli Məclisin binası qarşısında keçirmək istədiyi etiraz aksiyası baş tutmayacaq”
# 19 iyun 2009 09:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Qeyri-hökumət təşkilatlarının (QHT) bu gün Milli Məclisin (MM) binası qarşısında keçirmək istədiyi etiraz aksiyası baş tutmayacaq. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev bildirib. Aksiya təşkilatçılarına dünən bununla bağlı xəbərdarlıq edildiyini bildirən Y. Əliyev ərazinin polis tərəfindən nəzarətə götürüldüyünü bildirib. APA-nın əməkdaşının məlumatına görə, MM-in yerləşdiyi ərazi polislərin nəzarəti altındadır. Əraziyə yaxınlaşan şəxslər polislər tərəfindən yoxlanılır.
Qeyd edək ki, QHT təmsilçiləri qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliklərə etiraz əlaməti olaraq bu gün parlamentin binası qarşısında piket keçirməyi planlaşdırıb. MM-in bugünkü iclasında qanuna ediləcək dəyişikliklərlə bağlı müzakirələrin aparılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR