Bank Of Baku

Azərbaycan parlamentində “Təhsil haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb

Azərbaycan parlamentində “Təhsil haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb
# 19 iyun 2009 10:05 (UTC +04:00)
Spiker Oqtay Əsədov qanun layihəsinin 15 ildir, müzakirə olunduğunu, layihənin çox yüksək səviyyədə hazırlandığını bildirib. Bütün müvafiq qurumların qanunun qəbulunu istədiyini qeyd edən O. Əsədov MM üzvlərindən müzakirələr zamanı uzun çıxışlar etməməyi, müzakirələrin sual-cavab üzərində qurulmasını təklif edib.

Spiker MM üzvlərini uzun müzakirələr aparmadan qanunu qəbul etməyə çağırıb.

Bunun ardınca MM-in Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.

Ş. Hacıyev 6 fəsil, 47 maddədən ibrət layihəyə verilən bütün rəy və təkliflərin nəzərə alındığını deyib. Komitə sədri qanun layihəsinin ancaq 10-dək maddəsinə toxunulmadığını, digər maddələrə isə müxtəlif məzmunda dəyişikliklər edildiyini deyib. Ş. Hacıyev ölkənin təhsil sistemini xarici və mənfi təsirlərdən qorumaq üçün əcnəbi təhsil müəssisələrinin ölkədəki fəaliyyətinə 3 ildən az olmayaq lisenziyaların verilməsinin nəzərə tutulduğunu söyləyib. Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, 3 yaşından təhsil, 5 yaşından isə məktəbə hazırlıq başlayır. İcbari təhsilin müddəti isə qanun layihəsində göstərilmir. Biliyin qiymətləndirilməsi test imtahanları ilə keçirilsə də, tələbələrin yerləşdirilməsi onların öz istəyi ilə baş tutur. Təhsilin pillələri və səviyyələri məktəbəqədər təhsildən, ümumi təhsildən, ilk peşə-ixtisası təhsilindən, orta peşə-ixtisası təhsilindən və ali təhsildən ibarətdir. Ümumi təhsilə ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil daxildir. Ali təhsilə isə bakalavriat, magistratura və doktorantura daxildir.

Sonra layihə ətrafında müzakirələr başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR