Bank Of Baku

Azərbaycan Ombudsmanının əməkhaqqı artırılıb

Azərbaycan Ombudsmanının əməkhaqqı artırılıb
# 19 iyun 2009 10:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) bugünkü iclasında “İnsan haqları üzrə Müvəkkil (Ombudsman) haqqında” Konstitusiya qanununa dəyişiklik edilməsi ilə bağlı sənəd ikinci səsverməyə çıxarılıb. APA-nın xəbərinə görə, bu barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov məlumat verib. Komitə sədri deyib ki, sənəd 6 ay əvvəl qəbul olunub, Konstitusiya qanunu olduğu üçün təkrar səsverməyə çıxarılır. Onun sözlərinə görə, qanuna dəyişiklik sənəddən “şərti maliyyə vahidi” anlayışının çıxarılması, bunun “manat” sözü ilə əvəzlənməsi ilə bağlıdır.
Ə. Hüseynov deyib ki, bu dəyişikliyə əsasən Ombudsmanın əməkhaqqı artırılacaq və 1320 manat təşkil edəcək. MM sənədi qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR