Bank Of Baku

Şəmsəddin Hacıyev: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Təhsil haqqında” qanunla bağlı narazılıqları həllini tapıb”

Şəmsəddin Hacıyev: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Təhsil haqqında” qanunla bağlı narazılıqları həllini tapıb”
# 19 iyun 2009 11:47 (UTC +04:00)
Komitə sədri deyib ki, ölkə prezidenti qanunu təsdiq edərsə, yeni tədris ilindən tətbiq ediləcək.

Ş. Hacıyevin sözlərinə görə, qanunla bağlı bütün nazirliklərin təklifləri nəzərə alınıb, nəzərə alınmayan təkliflər isə razılaşdırılıb. Komitə sədri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəyində üç maddə ilə bağlı narazılıq olduğunu, bunların da müzakirə olunaraq həll edildiyini açıqlayıb: “Bir maddəni tamamilə yenidən işlədik. İki maddə isə müvafiq icra hakimiyyətinin səlahiyyətləri ilə bağlıdır. Bunlar biliyin qiymətləndirilməsi və tələbə qəbulu, həm də abituriyentlər haqqında informasiya bazasının yaradılması barədə idi. Bu təklifləri razılaşdırdıq. TQDK təklif edirdi ki, qəbul prosesində heç kimə üstünlük verilməsin. Ancaq biz razılığa gəldik müəyyən kontingentə - olimpiada, dünya yarışlarının qaliblərinə üstünlük verilsin. Burada müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunmuş yarışlardan və olimpiadalardan söhbət gedir. Bir təklif də orta məktəbdəki nəticələrin nəzərə alınması ilə bağlı idi. Bütün Avropada bu var. Orta məktəbi bitirənlər üçün medallar olacaq. Ancaq onlara ali məktəblərə qəbulda heç bir üstünlük verilməyəcək. Məsələn, iki şəxs test imtahanında 600 bal toplaya bilər, o zaman ola bilər ki, medalı olana üstünlük verilsin”.

Komitə sədri onu da bildirib ki, bundan sonra “Ali təhsil haqında”, “Elm siyasəti haqqında”, “Ümumi orta təhsil haqqına” qanunlar müzakirəyə çıxarılacaq: “Hazırda bu sənədlər üzərində iş gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR