Bank Of Baku

Milli Məclisin yaz sessiyası və növbədənkənar sessiyanın yekunlarına dair mətbuat konfransı keçirilib

Milli Məclisin yaz sessiyası və növbədənkənar sessiyanın yekunlarına dair mətbuat konfransı keçirilib
# 07 iyul 2009 11:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisdə yaz və növbədənkənar sessiyanın yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və komitə sədrləri iştirak ediblər. B. Muradova deyib ki, yaz və növbədənkənar sessiyalar dövründə Milli Məclisin 17 iclası keçirilib, 99 qanun və qərar qəbul olunub. Yaz sessiyasındakı 14 iclas zamanı 68 qanun və qərar, o cümlədən bir Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 12 qanun qəbul edilib. Bu dövrdə parlamentdə 14 beynəlxalq müqavilə və Konvensiya ratifikasiya olunub, 27 qanuna dəyişikliklər və əlavələr təsdiqlənib. Parlamentin yaz və növbədənkənar sessiyaları ərzində daimi komitələrin 84 iclası keçirilib, 159 məsələyə baxılıb. Komitələrdə 149 qanun və 4 qərar layihəsi müzakirə edilib.

B. Muradova yaz və növbədənkənar sessiya dövründə Milli Məclis aparatına vətəndaşlardan 25666 təklif, ərizə və şikayət daxil olduğunu açıqlayıb: “Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azdır. Bu dövr ərzində parlamentdə 2781 vətəndaş qəbul edilib ki, bu göstərici də ötən illə müqayisədə 3,5 faiz azdır”. Vitse-spiker sessiya dövründə Milli Məclisin fəaliyyətini 10 televiziya kanalı, 4 radio, 34 qəzet, 15 informasiya agentliyi, ümumilikdə isə 63 KİV nümayəndəsinin işıqlandırdığını söyləyib.

B. Muradova payız sessiyasında müzakirə ediləcək bir sıra sənədlər haqqında da məlumat verib: “Payız sessiyasında Tikinti Məcəlləsinə, “Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında”, “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Ali təhsil haqqında”, “Ümumi orta təhsil haqqında” qanun layihələrinə baxılması nəzərdə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR