Bank Of Baku

QAT işğal olunmuş ərazilərə və Ermənistana səfərlərə etiraz olaraq aksiya keçirib

QAT işğal olunmuş ərazilərə və Ermənistana səfərlərə etiraz olaraq aksiya keçirib
# 08 iyul 2009 09:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan nümayəndə heyətinin işğal olunmuş ərazilərə və Ermənistana səfərinə etiraz olaraq aksiya keçirib. APA-nın məlumatına görə, QAT sədri Akif Nağının iştirakı etmədiyi və cəmi on nəfərin qatıldığı aksiya dinc şəkildə keçib. Xarici İşlər Nazirliyinin qarşısına gələrək əllərində tutduqları etiraz plakatlarını nümayiş etdirən aksiya iştirakçıları bəyanatlarını nazirliyə təqdim edib, heç bir şüar səsləndirmədən bir neçə dəqiqədən sonra dağılıblar.

Bəyanatda Polad Bülbüloğlu başda olmaqla nümayəndə heyətinin işğal olunmuş ərazilərə və Ermənistana səfər etmələrinin Azərbaycanın milli maraqlarının əleyhinə yönəldildiyi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR