Bank Of Baku

Əli Əhmədov Türkiyənin hakim partiyasının gənclər təşkilatının nümayəndə heyətini qəbul edib

Əli Əhmədov Türkiyənin hakim partiyasının gənclər təşkilatının nümayəndə heyətini qəbul edib
# 09 iyul 2009 13:59 (UTC +04:00)
Elbrus Seyfullayev – APA. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Birliyinin sədr müavini İsmayıl Karaosmanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Ə. Əhmədov Azərbaycanla Türkiyə arasında münasibətlərin uğurla inkişaf etdiyini, iki ölkə arasında əlaqələrin dərinləşməkdə olduğunu deyib. İki ölkənin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsinin zəruri olduğunu diqqətə çatdıran Ə. Əhmədovun fikrincə, Türkiyə ilə Azərbaycan arasındakı mövcud münasibətlər gələcəkdə gənclərin xidmətləri sayəsində daha da güclənəcək.

İ. Karaosmanoğlu isə Azərbaycanın artıq inkişaf etmiş Avropa ölkəsinə çevrildiyini söyləyib: “Beş il əvvəl Azərbaycana gələndə Orta Asiya ölkələrindən birini görmüşdüm. İndi isə tam inkişaf etmiş bir Avropa ölkəsi görürəm. Bizim azərbaycanlı gənclərlə çox isti münasibətlərimiz var. Onlarla tez-tez görüşüb, müxtəlif mövzularda müzakirələr aparırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR