Bank Of Baku

YAP və AKP gənclər təşkilatları birgə konfrans təşkil ediblər

YAP və AKP gənclər təşkilatları birgə konfrans təşkil ediblər
# 10 iyul 2009 08:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) gənclər təşkilatları “Bir millət iki dövlət: münasibətlərin inkişafında Heydər Əliyev fenomeni - gənc liderlərin gözü ilə” adlı konfrans keçiriblər. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP gənclər birliyinin sədri Ramil Həsənov konfransın H. Əliyevin hakimiyyətə gəlməsinin 40-cı ildönümünə təsadüf etdiyini bildirib. O, konfransda H. Əliyevin həyat yolundan danışılacağını, onun Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı roluna dair müzakirələr aparılacağını deyib.

AKP gənclər birliyi sədrinin birinci müavini İsmayıl Karaosmanoğlu isə Azərbaycan və Türkiyə əlaqələrinin tarixi və mövcud durumundan danışıb. O, əlaqələrin inkişafında Heydər Əliyevin əvəzsiz rol oynadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR