Bank Of Baku

İsa Qəmbər: “Yaxın vaxtlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir sülh sazişi imzalanmayacaq”

İsa Qəmbər: “Yaxın vaxtlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı heç bir sülh sazişi imzalanmayacaq”
# 10 iyul 2009 10:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün Qarabağ üzrə Koordinasiya Qrupu Dağlıq Qarabağ və Ermənistana təşkil olunan səfər, münaqişənin həlli ilə bağlı yaranan son vəziyyəti müzakirə etmək məqsədi ilə dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Pənah Hüseyn bir neçə gün əvvəl Dağlıq Qarabağ və Ermənistana baş tutan səfərin cəmiyyətdə ciddi narahatlıq yaratdığını bildirib. O, münaqişənin həlli ilə bağlı son açıqlamaların da vəziyyətin bizim xeyrimizə olmadığını göstərdiyini deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə bildirib ki, müzakirə olunan məsələlər arasında Azərbaycan bir parçasının referenduma çıxarılmasına razılıq var. O, Dağlıq Qarabağa sülhməramlı qüvvələrin yerləşdirilməsinin də təhlükəli olduğunu vurğulayıb: “Başlanan proses Azərbaycan maraqlarına uyğun deyil”.

“Müsavat” Partiyasının başqanı İsa Qəmbər yaxın vaxtlarda heç bir sülh sazişinin imzalanmayacağını bildirib: “Nə bizim xoşumuza gələn, nə də gəlməyən saziş olmayacaq. Problemin həlli ancaq Azərbaycanın güclənməsində keçir. Bu gün dünya ölkələri üçün Qarabağ problemi prioritet deyil”.

Tədbirdə bir neçə gün əvvəl Dağlıq Qarabağ və Ermənistana baş tutan səfərə etiraz müraciətinin hazırlanması ilə bağlı təklif də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR