Bank Of Baku

Asim Mollazadə: “Qarabağa qarşılıqlı səfərlərin bundan sonra da davam etdirilməsi ilə bağlı qərar verilib”

Asim Mollazadə: “Qarabağa qarşılıqlı səfərlərin bundan sonra da davam etdirilməsi ilə bağlı qərar verilib”
# 10 iyul 2009 14:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Xankəndinə səfərimiz Tərtər rayonundan başladı. Tərtərdə ATƏT-in nümayəndələri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən minalardan təmizlənmiş keçid təşkil olundu və biz Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinə keçdik. Sonra Xankəndinə səfər oldu. Xankəndində bizi Ermənistandan gəlmiş nümayəndə heyəti gözləyirdi. Orada erməni icmasının rəhbəri ilə görüşdükdən sonra Şuşaya getdik. Şuşanın vəziyyəti ilə bağlı çox ağrılı təəssüratlarım var”. APA-nın məlumatına görə, bunu Azərbaycan nümayəndə heyətinin tərkibində iyulun 3-də Dağlıq Qarabağa və Ermənistana səfər edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, nümayəndə heyəti Şuşadan helikopterlə İrəvana gedib: “İrəvanda erməni nümayəndə heyəti ilə birgə Ermənistanın prezidenti ilə görüşümüz oldu. Bu görüşdən sonra erməni nümayəndələri ilə birgə Bakıya gəldik. Bakının mərkəzini bir qədər ermənilərə göstərmək imkanımız oldu. Ermənilərə erməni kilsəsinin vəziyyətini və buradakı kitabxananı göstərdik”.
A. Mollazadənin fikrincə, bu səfər heç bir halda ATƏT-in Minsk Qrupunun danışıqlar prosesini əvəz etmək iddiasında deyil: ”Bu missiya heç “xalq diplomatiyası” da adlandırıla bilməz. Çünki bu missiyada hakimiyyətin qanunverici və icra strukturlarının nümayəndələri, eyni zamanda medianın nümayəndələri var idi. Sadəcələr olaraq, missiyanın məqsədi danışıqlar prosesində ehtimal olunan müsbət nəticələrdən sonra hər iki ölkənin sülhə yaxınlaşmaq istiqamətində işləri aparmaq üçün cəhd idi. Prezidentlərin iyulun 17-də Rusiya prezidenti və Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirəcəkləri görüşdə də müəyyən irəliləyişlərin olacağı gözlənilir. İstisna deyil ki, ilin sonuna qədər çərçivə sazişi imzalandıqdan sonra da bu proses həyata keçirilsin”.
A. Mollazadə qarşılıqlı səfərlərin bundan sonra da davam edəcəyinə qərar verildiyini deyib: “Belə qərar verildi ki, ümumi prosesin gedişatından asılı olaraq, bu istiqamətdə iş planı tərtib olunsun. Təbii ki, format genişlənə də bilər. Formatın genişlənməsi ilə yanaşı müxtəlif istiqamətlər – media, humanitar və s. istiqamətlər üzrə yaxın müddətdə müvafiq təkliflər hazırlanacaq. Təbii ki, bu prosesin daha geniş formatda davam etdirilməsi üçün danışıqlar prosesindəki vəziyyət əsas şərtdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR