Bank Of Baku

AMİP Çin səfirliyinin qarşısında etiraz aksiyası keçirəcək

AMİP Çin səfirliyinin qarşısında etiraz aksiyası keçirəcək
# 10 iyul 2009 15:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Katibliyinin iclası keçirilib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi proseslər, o cümlədən də Çində baş verən hadisələr müzakirə mövzusu olub. Yığıncaqda qərara alınıb ki, uyğur türklərinə mənəvi dəstək və Çin hökumətinə etiraz əlaməti olaraq, bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında iyulun 16-da etiraz aksiyası keçirilsin. Ə. Orucov onu da qeyd edib ki, aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək niyyətləri yoxdur: “Paytaxt meriyası sərbəst toplaşmaq azadlığını tanınmır və biz də aksiyanı keçirməkdə israrlıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR