Bank Of Baku

Musiqili Komediya Teatrında Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40-cı ildönümünə həsr olunan mərasim keçirilib

Musiqili Komediya Teatrında Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40-cı ildönümünə həsr olunan mərasim keçirilib
# 13 iyul 2009 10:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Səbayel rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dövlət Musiqili Komediya Teatrında Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 40-cı ildönümünə həsr olunan mərasim keçirilib. APA-nın məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov H. Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı məruzə edib.
A. Əsgərov bildirib ki, H. Əliyev 1969-1982 və 1993-2003-cü illərdə müxtəlif siyasi zamanlarda Azərbaycana rəhbərlik etməsinə baxmayaraq, hər dəfə ölkəni inkişaf etdirmək, düşmənlərdən qorumaq missiyasını uğurla həyata keçirib. A. Əsgərovun sözlərinə görə, H. Əliyev Azərbaycan xalqının dövlətçilik təcrübəsini, müasir Avropa dəyərlərini və Şərq mentalitetini özünün daxili xarakterinə tabe edən, ölkənin inkişafının əsasını qoymaqla özünü əbədi yer qazanan ümummilli lider kimi ali mərtəbəyə yüksəlib.
Milli Məclisin deputatı Fəttah Heydərov H. Əliyevlə bağlı xatirələrini danışıb, 1970-ci illərdə onun gördüyü işlərdən söz açıb: “Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələndən sonra ölkədə inqilab etdi, fəhlə və kəndlilərin problemlərinin həlli istiqamətində ciddi addımlar atdı. Heydər Əliyev Bakını sözün əsl mənasında Azərbaycanın paytaxtı etdi. Mən deyərdim ki, Heydər Əliyevin hakimiyyətə gəlişinin 40-cı ildönümü yox, Heydər Əliyevin Azərbaycana, onun xalqına xidmət etməsinin 40-cı ildönümüdür”. Mərasimdə çıxış edən digər natiqlər də H. Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR