MTN-nin Heydər Əliyev Adına Akademiyasında növbəti buraxılışa həsr olunmuş təntənəli mərasim keçirilib - FOTOSESSIYA
MTN-nin ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında meydana gətirilib. Əvvəlcə milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə və digər rəsmi qonaqlar Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə əklil qoyub, onun xatirəsini ehtiramla yad ediblər.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov buraxılış mərasiminə düzülmüş zabitləri və kursantları tribunadan təbrik edib. Akademiyanın qarşısında duran mühüm vəzifələrdən danışan Eldar Mahmudov, gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunduduğunu xüsusi qeyd etmiş, vəzifə borcuna məsuliyyətlə yanaşmağın, nizam-intizama riayət etməyin, dərin biliklərə və peşəkarlıq vərdişlərinə yiyələnməyin vacibliyini bildirib. Milli təhlükəsizlik naziri respublikanın sosial-iqtisadi, ictimai-siyasi həyatının bütün sahələrində uğurlu islahatların həyata keçirildiyini, Azərbaycanın dinamik inkişaf edərək bölgənin lider dövlətinə çevrildiyini qeyd edib, ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə reallaşan beynəlxalq iqtisadi layihələrin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinin çox məsuliyyətli vəzifə olduğunu, milli təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha yüksək peşəkarlıq, tapşırıqların icrasında çeviklik və səriştə tələb edildiyini məzunların diqqətinə çatdırıb.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev də çıxış edərək məzunları təbrik etmiş, silahlı qüvvələrimizin tərkibinə növbəti zabit nəslinini verilməsində zəhməti və əziyyəti olan hər bir kəsə, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə, Akademiyanın professor-müəllim heyətinə, məzunların valideynlərinə dərin minnətdarlığını bildirib. “Bu günə qədər hər biriniz üçün məsuliyyət daşıyırdılar, bu gün bu zabit libasını geyinərək hər biriniz məsuliyyət daşıyıcı oldunuz” deyən Elçin Quliyev gənc zabitlərin bu səviyyəyə gəlib çatmasında dövlətin diqqət və qayğısını xüsusi qeyd edib.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində Akademiyanın inkişafından danışıb. Ziya Yusifzadə, sıralarında bir Prezident təqaüdçüsü və iki Heydər Əliyev təqaüdçüsü olan fakültələrin məzunlarının 5 illik tədris müddətində daim yüksək nailliyyətlər qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini, 31 nəfər zabitin fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırıb.
Akademiyanın məzunları, gənc leytenantlar Atamoğlan Hüseynov və Seymur Xəlilov çıxış edərək, Heydər Əliyevin adını daşıyan xüsusi ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildirib, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq edib, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər. Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər. Digər zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər. Sonra tədbir Akademiyadakı “Şöhrət” Muzeyində davam etdirilib. Muzeyin təntənə salonunda milli təhlükəsizlik naziri Eldar Mahmudov və dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə qiymətli hədiyyələr veriblər.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Dünya bazarlarında neft ucuzlaşır
Türkiyənin Amasya vilayətində avtobus aşıb, 46 nəfər xəsarət alıb
Bu günün valyuta məzənnələri
Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisi olmayacaq
Merz: Rusiya Baltikyanı ölkələrə və Moldovaya da təhlükə yaradır
Nərimanov rayonunda yerləşən obyektdə yanğın baş verib - VİDEO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Argentina futbolçuları İngiltərə ilə oyundan sonra “Malvin adaları Argentinanındır” yazılmış banner açıblar - VİDEO
Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, ölənlər var - FOTO - YENİLƏNİB
Qlobal fond bazarlarında əsas indekslər yüksəlib
Kriptobirjada əsas aktivlərdə artım, "Bitcoin"də nisbi eniş müşahidə olunub
Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
XİN: Odessa yaxınlığında vurulan gəminin heyətindəki 10 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb
WSJ: Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə meyllidir
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb
İran HHM ABŞ-ın "MQ-9 Reaper" pilotsuz aparatını vurub
Tramp: İran saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verib
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB
Almaniya sənayesində ötən il 177 min iş yeri ixtisar edilib
Zelenski: Yaxın Şərq ölkələri ilə açıqlanmayan razılaşmamız var
SEPAH Fars körfəzində ABŞ-ın hücum infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Ukrayna dronlarının hücumundan sonra Rusiyanın iri neft-kimya zavodu fəaliyyətini dayandırıb
ABŞ-ın İrana zərbələri nəticəsində 35 nəfər ölüb
"Qalatasaray" Mauro İkardi ilə yollarını ayırıb
DÇ-2026: Argentina finala yüksəlib
Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var
Tramp: İrana qarşı zərbələrin genişləndirilməsi ilə bağlı son tarix müəyyən etməmişəm
Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
İranın üç şəhərində partlayışlar baş verib
Qalibaf: ABŞ-la memorandumun şərtlərinə əməl etmək üçün əsas görmürük
Zelenski: Rusiya ballistik raketlərinə qarşı üç istiqamətdə işləyirik
Bakının 5 küçəsində hərəkət məhdudlaşdırılacaq
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini yenə təsdiqləyə bilməyib
Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
Euronews: IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın gələcəyi müzakirə olunub - VİDEO
Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
Merz ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə çağırıb
ABŞ xarici yardımlarda özəl investisiyalara üstünlük vermək istəyir
Prezidentin Şuşa Forumunda bəyanatı ciddi siqnaldır, indi seçim Avropa Şurasınındır - RƏY
Bəqai: İran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır
Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb
ABŞ Rusiya və İranda bir sıra qurum və şəxslərə sanksiya tətbiq edib
ABŞ İranın Henqam adasına zərbələr endirib
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır- YENİLƏNİB-1
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb