Bank Of Baku

YAP Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş tədbir keçirib

YAP Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş tədbir keçirib
# 13 iyul 2009 13:18 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, hökumət və dövlət rəsmiləri, millət vəkilləri və digər şəxslər iştirak edib. YAP-ın icra katibi Əli Əhmədov çıxışında Heydər Əliyev ideyalarının Azərbaycanda daim yaşadığını bildirib: “Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan müstəqil və güclü bir dövlətə çevrilib. Həmin siyasət bu gün də uğurla davam etdirilir”.

Sabiq təhsil naziri Lidiya Rəsulova Heydər Əliyevin çox ağır dövrdə hakimiyyətə gəldiyini və böyük çətinlikləri dəf etdiyini söyləyib. Onun sözlərinə görə, Heydər Əliyev bir çox məsələnin həllində xalqla məsləhətləşib, xalqa müraciət edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə bəyan edib ki, Heydər Əliyev hakimiyyətdə gəlməsəydi, ölkə parçalana bilərdi: “Zaman şəxsiyyətə yox, şəxsiyyət zamana diktə edir. Onun mədhiyyələrə ehtiyacı yoxdur. Ancaq mən səmimi deyirəm ki, həyatımın ən xoşbəxt anları Heydər Əliyevlə keçirdiyim görüşlərdir. Bu görüşlərdən bəhs edən bir kitab da yazmışam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR