Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı Bakıda və bölgələrdə aksiya keçirməyə cəhd edib

Qarabağ Azadlıq Təşkilatı Bakıda və bölgələrdə aksiya keçirməyə cəhd edib
# 13 iyul 2009 14:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri bir neçə qrupa bölünərək Bakının müxtəlif yerlərində, o cümlədən Rusiyanın Azərbaycandakı səfirliyinin və Xarici İşlər Nazirliyinin binaları qarşısında etiraz aksiyaları keçirməyə cəhd ediblər. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyalarda “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmayacaq!”, “Ya Qarabağ, ya ölüm!”, “Təslimçi sülhə yox deyirik!”, “Həmsədrlərin xidmətindən imtina edilsin!”, “Dağlıq Qarabağa hər hansı statusun verilməsi xəyanətdir!”, “Referendum ideyasını rədd edirik!” və digər şüarlar səsləndirilib. Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya iştirakçılarının bir neçəsi saxlanılaraq Yasamal rayon Polis İdarəsinə aparılıb.
Bu gün Şəki, Ağsu, Bərdə, Gəncədə də QAT-ın yerli şöbələri aksiya keçirməyə cəhd göstərib. Lakin yerli icra hakimiyyəti orqanları və polis aksiyaların keçirilməsinə imkan verməyib. Məlumatda o da qeyd olunub ki, əgər Moskvada Azərbaycanın maraqlarına cavab verməyən sənəd imzalanarsa, etiraz aksiyaları daha geniş miqyasda həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR