Bank Of Baku

Çinin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilməsinə cəhd göstərilib

Çinin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilməsinə cəhd göstərilib
# 14 iyul 2009 09:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün saat 12:00-da Müsavat Partiyasının bir qrup üzvü Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi önündə piket keçirməyə cəhd edib. APA-nın məlumatına görə, aksiyada məqsəd Çinin Sincan-Uyğur muxtar rayonunda uyğurların qətliamına etiraz bildirmək olub. Piketin qarşısı Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb. Aksiya iştirakçılarından beş nəfər saxlanılıb.
Qeyd edək ki, bu gün saat 12:30-da Dünya Azərbaycanlıları Konqresi (DAK) Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi önünə qara çələng qoymağı planlaşdırmışdı. DAK-dan APA-ya verilən məlumata görə, aksiya sabaha təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR