Bank Of Baku

AMİP-in sədr əvəzi Çin diplomatı ilə görüşüb

AMİP-in sədr əvəzi Çin diplomatı ilə görüşüb
# 14 iyul 2009 13:59 (UTC +04:00)
Bakı – APA. AMİP-in sədr əvəzi, partiyanın baş katibi Fuad Muxtarov Çin Xalq Respublikasının ölkəmizdəki səfirinin müşaviri, cənab Hyu Şyçyanla görüşüb. AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu Çinin Sincan-Uyğur muxtar rayonunda baş verən hadisələr və həmin proseslərin gedişi olub.
Diplomat AMİP-in Çində yaşanan son olaylara həssaslıqla və diqqətlə yanaşmasından məmnunluğunu ifadə etməklə yanaşı, baş verənlər haqda geniş məlumat verib, AMİP-in etirazını və narahatlığını anlayışla qarşıladıqlarını söyləyib.
F. Muxtarov isə öz növbəsində Sinzcan-Uyğur muxtar rayonunda uyğurlara qarşı həyata keçirilən kütləvi repressiya və qətllərdən hiddətləndiklərini bildirərək, bunun xalqlar və müxtəlif mədəniyyətlər arasındakı münasibətlərə ciddi xələl yetirəcəyini söyləyib.
Görüşdə həmçinin Azərbaycan və Çin münasibətlərinə də toxunulub, iyulun 16-da AMİP-in Çin səfirliyi qarşısında keçirəcəyi piketin qətnaməsi diplomata təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR